Distant təhsilin müddəti uzadıldı

Azərbaycanda distant təhsilin müddəti uzadılıb.
Manera.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Qərara əsasən, Azərbaycandakı təhsil müəssisələrində distant təhsilin müddəti 2020-ci il dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadılıb.