manera.az
manera.az

Milli Kitabxana oxuculara xidməti bərpa edə bilər

📅 26.04.2021 08:41

Milli Kitabxana oxuculara xidməti bərpa edə bilər
“Milli Kitabxana pandemiya dövründə bir dəqiqə belə olsun fəaliyyətini dayandırmayıb, onlayn şəkildə xidmət göstərib. Nəinki Azərbaycan daxilində, onun hüdudlarından kənarda da bizim xidmətlərimizdən istifadə edilib”.

Manera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov deyib.

O qeyd edib ki, ötən bir il ərzində Milli Kitabxananın 3 milyona yaxın virtual oxucusu olub: “Pandemiya dövründə oxucularımız üçün 40 min yeni resurs yaradılıb. Hətta bəzi kitabların elektron resurslarını hazırlayıb oxuculara göndərmişik. Yəni biz fəaliyyətimizi dayandırmamışıq. Sadəcə kitabxananın daxilində oxuculara xidmət göstərmirik. Yəqin ki, iyun ayının 1-dən başlayaraq bu məhdudiyyət də aradan qalxacaq. Zallarda oxucuların bir yerdə oturması çətinlik törətdiyinə görə hələ ki buna getmirik. Amma düşünürəm ki, yəqin yaxın gələcəkdə buna da imkan yaranacaq”.


Baxış sayı - 473 | Yüklənmə tarixi: 26.04.2021 08:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930