manera.az
manera.az

UNESCO Musiqili Teatrın layihəsini qəbul edib

📅 18.04.2021 11:47

UNESCO Musiqili Teatrın layihəsini qəbul edib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının "İnklüziv teatr layihəsi” BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (UNESCO) tərəfindən "Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı” çərçivəsində qəbul edilib.

Musiqili Teatrdan Manera.az-a bildirilib ki, UNESCO-nun baş katibliyi bu layihənin həyata keçirilməsinə nəzarəti təmin etmək üçün beynəlxalq qurumun Azərbaycandakı nümayəndəliyinə öz tövsiyələrini verib.

Layihənin əsas məqsədi ölkədə eşitmə və nitq qabiliyyəti olmayan, sağlamlıq imkanları məhdud uşaqları, eləcə də yeniyetmə və gəncləri bədii yaradıcılığa cəlb etməkdən ibarətdir.

Akademik Musiqili Teatrın yaradıcı mütəxəssisləri tərəfindən aktyor sənəti, rəqs, bədən dili və sair istiqamətlərdə məşğələlərin keçirilməsi, sonda isə həmin uşaqların iştirakı ilə teatr tamaşasının hazırlanması nəzərdə tutulur.

Dünyada, eləcə də ölkəmizdəki mövcud pandemiya vəziyyəti ilə əlaqədar layihə Mədəniyyət Nazirliyinin və Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələb və tövsiyələri əsasında, gigiyenik qaydalara riayət olunmaqla daha çox hallarda, təbii ki, onlayn həyata keçiriləcək.


Baxış sayı - 447 | Yüklənmə tarixi: 18.04.2021 11:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031