manera.az
manera.az

Xətainin “Dəhnamə”si nəsrlə çap edildi

Xətainin “Dəhnamə”si nəsrlə çap edildi
Hökmdar-şair, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin “Dəhnamə” və “Nəsihətnamə” poemaları Azərbaycan Yazıçılar Birliyi “Şah İsmayıl” Komissiyasının təşəbbüsü ilə “Hədəf Nəşrləri” tərəfindən nəsr halında çap edilib.

Manera.az xəbər verir ki, əsəri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun mütəxəssisləri Mehdi Şükürov və Arzu Əsədova nəsrə çevirib.

Sözügedən layihənin rəhbəri “Şah İsmayıl” Komissiyasının sədri, dosent Şəmil Sadiqdir.

Qeyd edək ki, kitabın rəyçiləri dosent Şəmil Sadiq, professor Aydın Paşayev, pedaqogika üzrə fəlsəfə doktoru Fikrət Əliyev, filologiya elmləri doktoru İslam Sadıqdır.

Səbuhi Şahmursoy və Nizami Hüseynovun redaktoru olduğu nəşr, əsasən, xətaişünaslıqla məşğul olanlar, ali məktəb tələbələri, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın ön sözünün müəllifi professor Xəlil Yusiflidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31