manera.az
manera.az

Xalq artisti dünyasını dəyişib

📅 22.03.2021 09:18

Xalq artisti dünyasını dəyişib
Xalq artisti Ramiz Məmmədov vəfat edib.

Manera.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

R. Məmmədov 1951-ci ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan zaman Musiqili Komediya Teatrına dəvət alıb.

"Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edib.

Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb.

O, 2001-ci ildə Əməkdar Artist, 2013-cü ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!


Baxış sayı - 545 | Yüklənmə tarixi: 22.03.2021 09:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031