manera.az
manera.az

Azərbaycan qəhrəmanları poçt markalarında...

📅 08.01.2021 09:50

Azərbaycan qəhrəmanları poçt markalarında...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Azərbaycan 2020” adlı poçt markaları dövriyyəyə buraxılıb.

Markalar 2020-ci ilin iki ən əhəmiyyətli hadisəsi – koronavirus pandemiyası və Vətən müharibəsinin əsas qəhrəmanlarına həsr olunub.

Birinci markada əsgər və həkimdən, ikinci markada isə dezinfeksiyaçı və minaaxtarandan ibarət fotokollajlar yerləşdirilib. Məqsəd həm pandemiya dövründə virusla mübarizədə, həm də 44 günlük Vətən müharibəsində şücaət göstərən həmvətənlərimizin adlarının markalar vasitəsilə tarixə yazılması, həmçinin onların bu hadisələrdə göstərdikləri fədakarlığın yerli və əcnəbi filatelistlər arasında təbliğ edilməsidir.

Buraxılışda fotoqraflar Roman İsmayılov, Əziz Kərimov və Tofiq Babayevin fotolarından istifadə olunub. Dizaynı “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış markalar Belarus Respublikasında hər vərəqdə 8 ədəd, 2 növ marka olmaqla hər növdən 50 min tirajla çap olunub.

Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

MANERA.AZ


Baxış sayı - 532 | Yüklənmə tarixi: 08.01.2021 09:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031