manera.az
manera.az

Hərbi vəziyyət ləğv edildi

📅 11.12.2020 17:06

Hərbi vəziyyət ləğv edildi
Milli Məclisin dekabrın 11-də keçirilən plenar iclasında "Hərbi vəziyyətin ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə məsələ müzakirə olunub.

Manera.az xəbər verir ki, sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət ləğv edilir.

Bu məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Azərbaycanda hərbi vəziyyət bu il sentyabrın 28-də İkinci Qarabağ müharibəsinin başlanması ilə bağlı bütün ölkə ərazisində elan edilmişdi.

Hərbi vəziyyət çərçivəsində axşam saat 9-dan səhər saat 6:00-a kimi komendant saatı tətbiq olunmuşdu.


Baxış sayı - 578 | Yüklənmə tarixi: 11.12.2020 17:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031