manera.az
manera.az

AYB-dən bəyanat: Ermənistanın bu qanlı təxribatını qətiyyətlə pisləyirik

AYB-dən bəyanat: Ermənistanın bu qanlı təxribatını qətiyyətlə pisləyirik
Azərbaycan Yazıçılar Birliyi son günlər Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində bədnam erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribatla əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

Bugünlərdə Azərbaycan-Ermənistan dövlət sərhəddində, Tovuz rayonu istiqamətində erməni tərəfinin törətdiyi növbəti qanlı təxribat bütün xalqımız kimi, Azərbaycan Yazıçılar Birliyində də dərin narahatlıq və düşmənə qarşı böyük hiddət doğurdu.

Qüdrətli Azərbaycan ordusunun azğın təcavüzkarı geri oturtması, cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması bizdə sonsuz inam və qürur hissi yaratdı.

Düşmənin bu təxribatçı həmləsini dəf edərkən 4 qəhrəman Azərbaycan övladının şəhid olmasını, bir neçə igid hərbçimizin yaralanmasını isə ürək ağrısı ilə qarşıladıq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.

Ən böyük təsəllimiz budur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi, hərbçilərimizin qisası alınıb, müqəddəs dövlət sərhəddimiz qorunub və düşmən əsgərləri torpaqlarımızın bir qarışına da ayaq basa bilməyib.

Azərbaycan Yazıçılar Birliyi olaraq, bu narahat günlərdə dövlətimiz, xalqımız və ordumuzla ürəkdən həmrəy olduğumuzu bəyan edir, qəhrəman Azərbaycan Ordusuna daha yüksək qələbə əzmi, parlaq zəfərlər arzulayırıq!

Eyni zamanda, işğalçı Ermənistanın bu çirkin və qanlı təxribatını qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti, xüsusən, bütün dünyadakı həmkarlarımızı, sülhsevər, ədalətpərvər qələm adamlarını Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın cilovlanması üçün səy göstərməyə çağırırıq!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31