manera.az
manera.az

Maska taxmamağa görə cərimələr artırıldı - Rəsmi

📅 29.06.2020 07:57

Maska taxmamağa görə cərimələr artırıldı - Rəsmi
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Manera.az xəbər verir ki, dəyişikliyə əsasən, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.


Baxış sayı - 644 | Yüklənmə tarixi: 29.06.2020 07:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031