manera.az
manera.az

Bir vərəq sevgin qaldı - Şeirlər

Bir vərəq sevgin qaldı - Şeirlər
Ölsəm bağışla

Bir vərəq sevgin qaldı, bir kitabsa ayrılıq.
Onsuz da bir əsrdi sənin ilə ayrıyıq.
Yollarına sadağa, adına qurban mənəm,
Sarıl mənə son dəfə, gəl qovuşaq birdənəm.

Dünyanın o başından səslə məni, harayla
Gəlləm yağan yağışla, gəlləm günəşlə, ayla.
Mənə qoy vətən olsun, o müqəddəs qucağın
Ayağın dəyən yerlər ziyarətim,ocağım.

Danış ay ömrüm-günüm,səsin olsun nəfəsim,
Sən gedirsən, söylə bəs, kim olacaq hər kəsim..
Getsən də çarə nədir, uğurlaram alqışla
Sənsiz dözə bilməyib ölsəm məni bağışla..

Uzaqların adamı

Yenə də ağlımdasan,
uzaqların adamı
Yenə də dodaqlarım
pıçıldayır adını..
Səni unutmaq üçün
nə etdimsə olmadı
Nə iş-güc,nə də kimsə
yerini doldurmadı

Yenə də ağlımdasan
soyuq bir qış gecəsi,
Bilsən nələr,nələr var
ürəyimdən keçəsi.
Xəyal kimi gələsən,
könlümü ovudasan.
Gedərkən yatağımda
ətrini unudasan.

Yenə də ağlımdasan
uzaqların adamı..


***
Mənsur şeirlər


Yağış yağır şəhərimə..

Yenə şəhərimə yağış yağır.Eşidirsənmi səsini?Göydən yağan hər yağış damcısını tutmağa calışıram,bəlkə o da kiminsə kipriyindən düşmüş deyə..Əllərimdən süzülüb getməsinə imkan vermirəm.Sənin də şəhərinə yağış yağırmı görəsən?Sən də tutursanmı damlaları və ağlayırsanmı yağan yağısla birlikdə?Yagış damlaları pəncərəni döyəcləyəndə o mənəm gəlmişəm deyə qaçırsanmı qapıya?Bilirəm heç bir zaman eyni yağışın altında islanmayacayıq.Hər yağış damlasına bir yerdə salam verməyəcəyik.Yuyulmuş təmiz asvaltda heç zaman bərabər gəzməyəcəyik.Yağış yağır şəhərimə..sakit,narın,həzin yağış.Yağsın dayanmadan yağsın.Ya sel olub dərdlərimi yusun,ya da bir damlasında məni də aparsın gedərkən
..Yağış yağır şəhərimə..

SƏNSİZ...

Sənsiz keçən ayım-günüm dolaşacaq.
Həsrət adlı bir alovdan urəyim alışacaq,yanıb-yanıb kül olacaq.Və aramızdan əsən yellər bu külü göyə sovuracaq....
Sənsiz,sənlə keçən günlərim dilə gəlib danışacaq.Xatirələr işığında əllərimiz bir-birinə qovuşacaq.Ayrılığın acığına gözlərimiz sübhə qədər danışacaq...
Sənsiz xəzələ dönüb yarpaq-yarpaq yollarına səpiləcəm.Qövsi-qüzehə dönən məhəbbətimizin arxasınca ömür boyu yüyürəcəm,fəqət çata bilməyəcəm...
Sənsiz gecələr nə çəkdiyimi ulduzlar dan üzünə söyləyəcək.Sübhün şehi göz yaşına dönərək halıma ağlayacaq.Və bu göz yaşları torpağa hoparaq məhəbbət adlı agacları bitirəcək...
Sənsiz ümmanam kükrəyib-coşan,bu ümmanda batmaqdan qorxub damlalarda üzdün.Desələr sənsiz xoşbəxtəm,inanma.Desələr vaxtsız-
vədəsiz düşüb ölmüşəm,bax,buna inan...
sənsiz....

Fərqanə YUSİFQIZIБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031