manera.az
manera.az

Əli bəy Hüseynzadənin qızı vəfat etdi

📅 24.04.2020 20:47

Əli bəy Hüseynzadənin qızı vəfat etdi
Görkəmli türkoloq, böyük mütəfəkkir Əli bəy Hüseynzadənin qızı dünyasını dəyişib.

Manera.az xəbər verir ki, Feyzavər Alpsar Turan İstanbulda 101 yaşında vəfat edib.

Feyzavər Alpsar Azərbaycan Prezidentinin sərəncamı ilə “Dostluq” ordeni və “Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunub.

Qeyd edək ki, 2017-ci ildə Feyzavər xanım tərəfindən Əli bəy Hüseynzadəyə aid 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş "Həyat” qəzeti Azərbaycan hökumətinə hədiyyə olunub. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa edilib. Əsərlər hazırda Azərbaycan İstiqlal Muzeyində sərgilənir./modern.az/

Allah rəhmət eləsin!


Baxış sayı - 740 | Yüklənmə tarixi: 24.04.2020 20:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930