manera.az
manera.az

Sevinc Elsevər yeni uşaq jurnalına rəhbərlik edəcək

📅 20.04.2020 16:55

Sevinc Elsevər yeni uşaq jurnalına rəhbərlik edəcək
Yazıçı-şair Sevinc Elsevər "Mücrü” adlı yeni uşaq jurnalına baş redaktor təyin olunub.

Manera.az xəbər verir ki, jurnalın təsisçisi "Mücrü” Nəşriyyatıdır.

Jurnal daha çox məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlar dərgidə bir-birindən maraqlı hekayələr, şeirlər, maraqlı rubrikalar, oyunlar, müxtəlif ölkələr, xalqlar, şəhərlər, heyvanlar, quşlar, bir sözlə, dünyada uşaqları maraqlandıran hər şey haqqında məlumat əldə edə biləcəklər.

Bundan əlavə, jurnal vasitəsilə uşaqlar bilik yarışına qoşulacaq, hər nömrədə verilən test tapşırıqlarının düzgün cavabları ilə növbəti nömrədə tanış olacaq, özləri–özlərini qiymətləndirəcəklər.

Jurnal təkcə uşaq yazarlarının tribunası olmaycaq, burada uşaqlar da müxtəlif yazılarını, çəkdikləri rəsmləri yayımlaya biləcəklər. Hər yeni nömrədə uşaqlar istedadlı yaşıdlarının yaradıcılığı ilə tanış olmaq fürsəti qazanacaqlar. Onlar sevdikləri hekayələrin, şeirlərin müəlliflərinə məktublar yaza biləcək, "Mücrü” jurnalı vasitəsilə sevimli müəlliflərlə tez-tez görüşmək imkanı əldə edəcəklər.

Daha çox azyaşlı uşaqlar və ibtidai sinif uşaqlarına ünvanlanan jurnal uşaqların maarifləndirilməsi, onlarda mütaliəyə və yaradıcılığa maraq oyatmaq məqsədi daşıyır./mucru.art/


Baxış sayı - 1 072 | Yüklənmə tarixi: 20.04.2020 16:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031