manera.az
manera.az

Xalq rəssamından yeni əsər - Foto

📅 07.04.2020 12:37

Xalq rəssamından yeni əsər - Foto
Azərbaycan mədəniyyət xadimləri də koronavirus epidemiyasına laqeyd qalmayıblar. Bütün bəşəriyyətin üzləşdiyi bu təhlükəyə birinci olaraq münasibət bildirənlərdən biri də Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov olub.

Manera.az xəbər verir ki, rəssamın son əsəri dünya miqyaslı bu faciəyə həsr edilib.

Müəllifin bu əsərində Yer kürəsinə qoruyucu maska geyindirmiş yarasa təsvir olunub. Əşrəf Heybətov bəşəriyyətin qarşılaşdığı bu problemi rənglərin dili ilə məhz belə metaforik bədii formada əks etdirib.

Xatırladaq ki, Almaniyada yaşayan Əşrəf Heybətov dünyada tanınmış rəssamdır, Avropanın bir çox ölkələrində, həmçinin BMT-nin, Avropa Şurasının qərargahlarında və Vatikanda onun əsərlərinin sərgiləri keçirilib.

Xalq rəssamından yeni əsər - Foto


Baxış sayı - 723 | Yüklənmə tarixi: 07.04.2020 12:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930