manera.az
manera.az

“Ah, bu uzun sevda yolu” növbəti dəfə nümayiş ediləcək

📅 13.01.2019 11:42

“Ah, bu uzun sevda yolu” növbəti dəfə nümayiş ediləcək
Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilən "Ah, bu uzun sevda yolu” tamaşası təqdim olunacaq.

Manera.az xəbər verir ki, yanvarın 19-da baxılacaq səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları çıxış edəcək.

MANERA.AZ


Baxış sayı - 1 213 | Yüklənmə tarixi: 13.01.2019 11:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930