manera.az
manera.az

Türkiyəli rejissor Xocalı Soyqırıma aid film çəkəcək

📅 22.03.2020 19:11

Türkiyəli rejissor Xocalı Soyqırıma aid film çəkəcək

Türkiyənin Sənayeçi İş Qadınları və İş Adamları Konfederasiyasının (SANKON) dəstəyi ilə Xocalı Soyqırımına həsr olunmuş film çəkiləcək.

Bu haqda Manera.az-a SANKON-ın direktor müavini, rejissor Murat Uygur məlumat verib.

Rejissor bildirib ki, 1992-ci ildə fevral ayının 26-da Xocalı şəhərində Ermənistan tərəfindən sivil Azərbaycan xalqına yaşadılan bu qırğını dünyaya unutdurmamamaq üçün SANKON şirkətinin dəstəyi ilə bu il, 2020-ci ildə film çəkmək haqqında qərar verilib. Murat Uygur filmin çəkilişlərinə yaxın vaxtlarda başlanılacağını qeyd edib.

M. Uygur eyni zamanda filmin çəkilməsinin təşəbbüskarı, Türkiyəli iş adamı, SANKON-un başqanı Ferudun Cevahiroğluna təşəkkür edib.

Qeyd edək ki, film Türkiyə və Azərbaycan dövlətinin səlahiyyətlilərinin iştirakı ilə ictimaiyyətə təqdim olunacaq.

Şəhla Aslan,
Ankara-Bakı


Baxış sayı - 1 192 | Yüklənmə tarixi: 22.03.2020 19:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031