manera.az
manera.az

Azərbaycanlı gənc rejissor dünyaya səs salan film çəkdi

📅 10.06.2019 22:16

Azərbaycanlı gənc rejissor dünyaya səs salan film çəkdi
Azərbaycanlı gənc rejissor, ssenarist və operator Rec Rəvan “Aporia: Kiyamet deneyi” adlı filmi ilə dünyaya səs salmağa iddialıdır.

Manera.az xəbər verir ki, qorxu və döyüş janrında çəkilən ekran işi Azərbaycan, Türkiyə və Amerikanın ortaq istehsalıdır.

Ssenarisini yazdığı və rejissorluğunu Rec Rəvanın etdiyi filmdə baş rolları Aysel Yusubova, Pərviz İsmayılov, Mübariz Səmədov, Rahim Qocayev, Lalə Məmməd, Taleh Urfansoy və başqaları ifa edib.

Layihə 12 iyuldan etibarən Türkiyə kinoteatrlarında nümayiş olunacaq.

Azərbaycana gəlməsi isə oktyabr-noyabr aylarına nəzərdə tutulur.

Filmin hətta "Netflix" və "Amazon"da yayımlanması haqqında danışıqlar gedir.

Qeyd edək ki, Qorxu janrında olan film "BDAmerika" film şirkəti, "Aporia", "Can Media", "Sultansoyyapım", "DFGS yapım", "Rekfilm" tərəfindən lentə alınıb./publika.az/

MANERA.AZ


Baxış sayı - 1 424 | Yüklənmə tarixi: 10.06.2019 22:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031