manera.az
manera.az

“Darıxan nəğmələr” Sumqayıtda təqdim olundu

📅 23.02.2020 08:56

“Darıxan nəğmələr” Sumqayıtda təqdim olundu
Görkəmli şair Tofiq Nurəlinin yalnız sevgi şeirlərinin toplandığı yenicə çapdan çıxmış "Darıxan nəğmələr" kitabının daha bir təqdimatı olub.

Manera.az xəbər verir ki, tədbir sumqayıtlı poeziyasevərlərin istəyilə Sumqayıtda Əli Kərim adına Poeziya Evində keçirilib.

Tanınmış şair və ictimai xadim Ofelya Babayevanın aparıcı olduğu tədbirdə şairin şeirləri, yaradıcılığı haqqında fikir və rəylər səsləndirilib.

Vidadi Bəhmənli, Paşa Qəlbinur, Maarif Soltan və digər şairlər bildiriblər ki, Tofiq Nurəlinin hələ gənclik çağlarından bir çox şeirləri gənclər arasında çox geniş yayılaraq, dillər əzbəri olub.

Onlar görkəmli şairin həm də tanınmış həkim kimi uzunmüddətli fəaliyyətindən bəhs ediblər.

Gənc şairlər və sumqayıtlı könüllülər şairin şeirlərindən səsləndirib, məktəblilərdən ibarət aşıq qrupu isə musiqi ifa edib.

Sonda Tofiq Nurəli tədbirin təşkilatçı və iştirakçılarına minnətdalığını ifadə edib, bu kitabın təqdimatı üçün daha bir neçə yerdən müraciət aldığını bildirib./report.az/

“Darıxan nəğmələr” Sumqayıtda təqdim olundu
“Darıxan nəğmələr” Sumqayıtda təqdim olundu
“Darıxan nəğmələr” Sumqayıtda təqdim olundu
“Darıxan nəğmələr” Sumqayıtda təqdim olundu


Baxış sayı - 928 | Yüklənmə tarixi: 23.02.2020 08:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031