manera.az
manera.az

Rasim Qaracadan yeni kitab - Foto

📅 13.02.2020 09:31

Rasim Qaracadan yeni kitab - Foto
Rasim Qaracanın "Mənim həyatımı yaz” adlı yeni hekayələr kitabı çap olunub.

Manera.az xəbər verir ki, kitabda yazıçının son zamanlarda yazdığı 17 hekayəsi toplanıb.

Müəllif kitab haqda bunları bildirib:

"Mənim həyatımı yaz" həm kitabdakı hekayələrdən birinin adıdır, eyni zamanda kitabın bütün məzmununu ifadə edir - burada tanıdığımız insanların həyatının müxtəlif bədii transformasiyaları, psevdoavtobioqrafik elementlər, eyni zamanda bir çox ədəbi əsərə allyuziyalar öz əksini tapıb. Hekayə yaradıcılığında özümə aid olan bir çox yeniliklər etməyə çalışmışam, lakin bunları edərkən həyat gerçəkliyini nəzəri priyomlara qurban verməməyə çalışmışam. Bu kitabımın milli hekayəçiliyimizdə ciddi dönüş yaradacağına ümid edirəm”.

Kitabın təqdimat günü fevralın 15-də, Flora Hosteldə keçiriləcək.

Qeyd edək ki, "Alatoran” nəşriyyatında işıq üzü görən kitab 500 tirajla nəşr edilib. /kulis.az/

Rasim Qaracadan yeni kitab - Foto


Baxış sayı - 800 | Yüklənmə tarixi: 13.02.2020 09:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031