manera.az
manera.az

Əhməd Kabaklının xatirəsi anılıb

Əhməd Kabaklının xatirəsi anılıb
Türk dünyasının görkəmli mütəfəkkirlərindən olan elm, ədəbiyyat və sənət adamı, Türk Ədəbiyyatı Vəqfinin qurucusu Əhməd Kabaklı vəfatının 19-cu ilində həm məzarı başında, həm də Vəqfdə keçirilən mərasimlə yad edilib.

Manera.az xəbər verir ki, məzarı önündəki mərasimə Vəqfin başqanı Sərhad Kabaklı, başqan vəkili, sənətçi Əsad Kabaklı, yaxın qohumları, dostları, tələbələri, digər qurumların rəhbərləri qatılıblar.

Türk Ədəbiyyatı Vəqfində isə alimin xatirəsinə həsr olunmuş “Xatirələr işığında Əhməd Kabaklı” adlı tədbir keçirilib.

Tədbiri giriş sözüylə açan Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı sona kimi mərasimi Əsad Kabaklı ilə birlikdə idarə edib. Əhməd Kabaklının dostları, tələbələri və onu tanıyanlar, onun düşüncələri, şəxsiyyəti, mübarizəsi ilə bağlı xatirələrindən söz açıblar. Maraqlı xatirələrin dilə gətirildiyi tədbirdə Sərhad Kabaklı bu xatirələrin bir kitab kimi yayımlanacağını diqqətə çatdırıb.

Sonda Əsad Kabaklı Türk Ədəbiyyatı Vəqfini bir elm və ədəbiyyat ocağı kimi xarakterizə edib, buradfa neçə-neçə elm və sənət adamının yetişdiyini, Əhməd Kabaklının keçmişlə gələcək arasında sağlam bir körpü olduğunu və yeni nəsillərin bu körpülərdən keçərək milli köklərinə bağlandığını dilə gətirib.

Sərhad Kabaklı isə Əhməd Kabaklının həyatı, mübarizəsi, elmi və sənəti, fəaliyyəti ilə örnək bir şəxsiyyət, əxlaq abidəsi olduğunu, onlara bir türk kimi yaşamağı öyrətdiyini, ədəbiyyat tarixində isə əsl məktəbə çevrildiyini deyib. Eyni zamanda özlərinin bundan sonra da onun açdığı izlə irəliləyəcəklərini və türk mədəniyyətinə xidmətə davam edəcəklərini söyləyib./525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829