manera.az
manera.az

Beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək

📅 11.10.2018 10:59

Beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək
Oktyabrın 21-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Payız Əfsanələri” adlı beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək.

MANERA.AZ xəbər verir ki, təşkilatçılar Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər İttifaqıdır.

Yarışmanın keçirilməsində məqsəd istedadlı uşaqlar və gənclərlə tanışlıq, onları tapmaq, üzə çıxartmaqdır. Həmçinin regionlarda olan istedadlı gənclərin tanıdılmasıdır. Gürcüstandan və Rusiyadan gələn qrupların vokal və xoreoqrafik çıxışları gözlənilir.

“Payız Əfsanələri” yarışmasında aşağıdakı janrlarda iştirakçıların çıxışları gözlənilir:

folklor, klassik, estrada , incəsənətin bir neçə növləri – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya.

4 yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər. İştirakçılar baby (4-7 yaş), uşaq (7-10 yaş ), cunior (yeniyetmələr 11-15 yaş), ergin (böyüklər 16 yaşdan yuxarı) yaş kateqoriyalarına bölünürlər.

Hər bir janrda bu kimi nominasiyalar var: solo, duet, kiçik qruplar və ansambllar.

Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır (bu proses mükafatlandırma zamanı açıqlanır). Seçim iştirakçının qeydiyat nömrəsi ilə aparılır.

Münsiflər heyyəti Azərbaycanın əməkdar artistləri və incəsənət xadimlərindən ibarətdir.

Azərbaycan Gənclər İttifaqı hər kəsi bu beynəlxalq incəsənət müsabiqəsində iştirak eləməyə dəvət edir.

Qeydiyyat üçün əlaqə:
Az.gencler@mail.ru
+994557079002
+994124971236


Baxış sayı - 1 168 | Yüklənmə tarixi: 11.10.2018 10:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031