manera.az
manera.az

Abay Kunanbayevin 175 illiyi qeyd olunacaq

📅 12.01.2020 09:46

Abay Kunanbayevin 175 illiyi qeyd olunacaq
Qazax xalqının görkəmli şairi Abay Kunanbayevin bu il anadan olmasının 175 illiyi qeyd ediləcək.

Abay adını dünyaya tanıtmaq məqsədilə şairin yaradıcılığına həsr olunmuş beş yüzdən çox tədbirin keçirilməsi planlaşdırılır.

Manera.az xəbər verir ki, bu münasibətlə şairin doğma Semey şəhərinə xüsusi status veriləcək.

Həmçinin bu ilin avqust ayında şairin anadan olduğu şəhərdə UNESKO ilə birgə “Abay irsi və dünya mənəviyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Qeyd edək ki, ötən ilin noyabrında Qırğızıstanın Oş şəhərində TÜRKSOY-a daxil olan ölkələrin mədəniyyət nazirlərinin toplantısında 2020-ci il “Abay Kunanbayev ili” elan edilib.


Baxış sayı - 882 | Yüklənmə tarixi: 12.01.2020 09:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031