manera.az
manera.az

Yazılı ədəbiyyatımızın banisi kimdir? - Nadir tapıntı

Yazılı ədəbiyyatımızın banisi kimdir? - Nadir tapıntı
Azərbaycan ədəbiyyatının haradan başlanması məsələsi uzun illər mübahisə mövzusu olub.

Ə.Abid, İ.Hikmət, M.F.Köprülü, F.Köçərli və başqaları bu məsələ ilə bağlı müxtəlif fikirlər söyləyiblər. Yaxın günlərdə mətbuatda bu barədə söhbət getsə də, əldə konkret faktlar olmadığından məsələ yenə də mübahisəli qalıb.

Bununla bağlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədov bu barədə danışıb.

B.Əhmədov deyib ki, Azərbaycan yazılı ədəbiyyatının haradan başlanması məsələsi milli ədəbiyyatşünaslığımızın qarşısında duran əsas məsələlərdən biridir. Uzun zamandır ki, bu barədə araşdırmalar aparılır. Hər araşdırma ədəbiyyatımızın tarixini bir qədər də qədimə aparır.

Azərbaycan ədəbiyyatının ən qədim yazılı ədəbiyyatının VIII əsrdə yaşamış Zibeydə Xatuna aid olması məsələsi bu günün söhbəti deyil.

Bir müddət Bakı Dövlət Universitetinin rektoru olmuş tənqidçi-ədəbiyyatşünas Məmməd Kazım Ələkbərli 1934-cü ildə Moskvada Sovet Yazıçıları İttifaqının I qurultayında etdiyi "Azərbaycan ədəbiyyatı” adlı məruzəsində ilk dəfə bu fikri səsləndirib. M.K.Ələkbərli bu faktı ilk dəfə ictimailəşdirərək yazırdı: "Əlimizdə olan faktlara əsaslanaraq deyə bilərəm ki, Azərbaycanın yazılı ədəbiyyatının banisi VIII əsrdə yaşayan şairə Zibeydə Xatundur. Zibeydə Xatunun azərbaycanlı olması və türk dilində şeirlər yazmasını sübut edən dəlil isə Hindistanın Bombey şəhərində işıq üzü görən "Ruzi Revşən” adlı kitabdır”.

"Beləliklə, biz əlimizdə olan sübutlara əsaslanaraq, Azərbaycanın yazılı ədəbiyyatının VIII əsrə aid olduğunu təsdiq etdik. Amma ola bilər ki, gələcəkdə alimlərimiz, tədqiqatçılarımız daha qədim yazılı ədəbiyyatımızın incisini tapa bildilər. Ona görə ki, Azərbaycan tarixi çox qədim köklərə malikdir”, - deyə professor bildirib.

B.Əhmədli qeyd edib ki, M.K.Ələkbərli bu məlumatın mənbəyini də göstərir - Bombeydə çıxan "Ruzi Revşən” adlı kitab. Lakin bu faktın onun əlinə necə düşməsi barədə məlumat yoxdur. Bundan sonra bu məsələnin üzərinə bir də qayıdılmamış, qədim dövr ədəbiyyat tarixçilərimiz bu fakta əhəmiyyət verməmişlər.

Alim deyib: "Yaxın günlərdə bu faktla bağlı araşdırmalar apardıq. Adıçəkilən kitabı Hindistandan əldə edərək gətirtdik. M.K.Ələkbərlinin verdiyi məlumat tamamilə doğrudur. Lakin bu faktdan çıxış edərək mətbuatda "Ruzi Revşen”in Zibeydə Xatunun əlyazması olması haqqında iddialar da səsləndirilib ki, bu, doğru deyildir. "Ruzi Revşen” bir təzkirədir, Zibeydə Xatun haqqında da burada məlumat yer alıb.

Təzkirə müəllifi Zibeydə Xatunun fars, ərəb və türk dillərində şeirlər yazdığı barədə məlumat verir. Bu istiqamətdə apardığımız araşdırmalar Azərbaycan yazılı ədəbiyyatının daha qədim dövrlərə aparmasına tamamilə imkan verir. Bu barədə yaxın günlərdə ayrıca bir məqalə ilə çıxış edəcəyik”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930