manera.az
manera.az

“Açıq kitab – “Dədə Qorqud” - YENİ NƏŞR |MANERA.AZ

📅 11.10.2016 11:07

“Açıq kitab – “Dədə Qorqud” - YENİ NƏŞR  |MANERA.AZ

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun şöbə müdiri, Əməkdar Elm Xadimi, professor Kamran Əliyevin “Açıq kitab – “Dədə Qorqud” monoqrafiyası İran İslam Respublikasında fars dilində çapdan çıxıb.

İnstitutdan MANERA.AZ-a bildirilib ki, kitabı fars dilinə azərbaycanşünas alim, doktor Cavad Heyətin məsləkdaşı İbad Məmizadə Ağdaşlı tərcümə edib. Nəşrin elmi redaktoru dil və ədəbiyyatşünaslıq üzrə fəlsəfə doktoru Zərrin Kazımidir.

İbad Məmizadə Ağdaşlının “Açıq kitab – “Dədə Qorqud” monoqrafiyasının farsca nəşrinə yazdığı “Ön söz”də deyilir: “Kitabın tərcüməsi İran qorqudşünaslığını zənginləşdirməklə yanaşı, qorqudşünaslıq, eləcə də Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni üfüqlər açacaqdır”.

Monoqrafiyanın fars dilinə tərcümə edilməsi Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği baxımından əhəmiyyətlidir.


Baxış sayı - 1 667 | Yüklənmə tarixi: 11.10.2016 11:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930