manera.az
manera.az

“Gəncliyin səsi” festivalı keçiriləcək

“Gəncliyin səsi” festivalı keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət Nazirliyi tərəfindən 1-5 fevral 2019-cu il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyindən Manera.az-a verilən məlumata görə, festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

2016-cı ildən etibarən sözügedən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir.

Cari ildə “Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Quba, İmişli və Masallı rayonlarında keçirilməsi planlaşdırılır.

Eyni zamanda festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulub.

Festival çərçivəsində keçiriləcək tədbirlər:

1 fevral 2019-cu il, saat – 12:00

Festivalın açılışı

Beynəlxalq Muğam Mərkəzi

1 fevral 2019-cu il, saat – 16:00

Gənc musiqiçilərin konserti

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi

2 fevral 2019-cu il, saat – 17:00

ASAN Könüllülərin iştirakı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan”müsiqili komediyası

Sumqayıt Dövlət Dram Teatrı

2 fevral 2019-cu il, saat – 12:00

Prezident təqaüdçülərinin konserti

Abşeron rayon Xırdalan şəhəri Heydər Əliyev Mərkəzi

2 fevral 2019-cu il, saat – 11:00

Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi

Gənclərin fotoəsərlərindən ibarət sərgi

Quba regional “Asan həyat” Kompleksi

4 fevral 2019-cu il, saat – 12:00

Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi

Masallı regional “Asan həyat” Kompleksi

4 fevral 2019-cu il, saat – 15:00

ASAN Könüllülərin iştirakı ilə Şıxəli Qurbanovun "Olmadı elə, oldu belə” tamaşası

İmişli regional “Asan həyat” Kompleksi

4 fevral 2019-cu il, saat – 15:00

Gənc yazarlarla görüş

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası

5 fevral 2019-cu il, saat – 15:00

ASAN Könüllülük Məktəbinin məzunu Xülya Cəfərova ilə görüş

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası

5 fevral 2019-cu il, saat – 19:00

“ASAN Könüllüləri”nin təqdimatında “Vəfalı Səriyyə” tamaşasının premyerası

Azərbaycan Dövlət Musiqili Teatrı

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728