manera.az
manera.az

Meksikanın tanınmış yazıçısı ilə görüş olacaq

Meksikanın tanınmış yazıçısı ilə görüş olacaq
Tanınmış meksikalı yazıçı David Toskana Bakıda səfərdədir.

Manera.az Meksikanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu, onun Azərbaycana ilk gəlişidir.

Səfər çərçivəsində onun yaradıcılığı ilə tanışlıq məqsədilə bir sıra tədbirlər təşkil olunub.

Bundan əlavə, noyabrın 29-da Bakı Kitab Mərkəzində D.Toskananın Bakı publikası ilə görüşü keçiriləcək.

Qeyd edək ki, 1961-ci ildə Meksikanın Monterrey şəhərində anadan olan D.Toskana “Tula stansiyası”, “Sirkin müqəddəs Məryəmi”, “Lontanansa”, “Migel Pruneda acısı”, “Sonuncu oxucu”, “Parlaq ordu”, “Köniqsberq körpüləri”, “Şeytan aparan şəhər”, “Evanxelia” və “Oleqaroy” kimi romanların müəllifidir. Onun “Sonuncu oxucu” romanı İspaniyanın Antonin Artaud və Xose Fuentes Mares mükafatlarına layiq görülüb. “Parlaq ordu” əsəri Amerika Evinin Xose Mariya Arqedas mükafatını, “Oleqaroy” əsəri isə Elena Poniatovska adına Latın Amerikası mükafatını qazanıb. Əsərləri dünyanın on dörd dilinə tərcümə olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031