manera.az
manera.az

"Cəfər Cabbarlı həftəsi" keçiriləcək

📅 20.11.2019 05:55

"Cəfər Cabbarlı həftəsi" keçiriləcək
Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Cəfər Cabbarlı həftəsi" keçiriləcək.

Manera.az xəbər verir ki, Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi ilə hazırlanmış və həmin tamaşaların noyabrın 23-dən 30-dək həftə çərçivəsində Bakı şəhərində nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi tamam olur.


Baxış sayı - 1 144 | Yüklənmə tarixi: 20.11.2019 05:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031