manera.az
manera.az

Türkiyənin görkəmli aktrisası Yıldız Kenter vəfat edib

Türkiyənin görkəmli aktrisası Yıldız Kenter vəfat edib


Türkiyə mədəniyyətinə ağır itki üz vermişdir.


Türkiyə kino və teatr sənətinin görkəmli aktrisası Türkiyə kinomatoqrafiasına və teatr səhnəsinə mötəşəm tövhələr vermiş Yıldız Kenter uzun sürən ağciyər xəstəliyi nəticəsində bu gün yatdığı xəstəxanada 91 yaşında vəfat edib.

Məlumat üçün bildirək ki,Yıldız Kenter 11 oktyabr 1928-ci ildə İstanbulda anadan olub. Əsl adı Ayşe Yıldızdır. Anası İngilis xanımı olub, Türkiyə Respublikası vətəndaşlığını aldıqdan sonra adı Nadide Kenter olaraq dəyişmişdir və atası Türk diplomatı Əhməd Naci Kenterdir.

Ankara Dövlət Konservatoriyasının musiqi bölməsini bitirib. Ankara Dövlət Teatrında on bir il çalışıb.Eyni zamanda Amerikada aktyor studiyasında aktyorluq və aktyorluq tədrisində yeni üsullar öyrəndib."Rokfeller" təqaüdü qazanıb.Vətənə qayıdan aktrisa Ankara Dövlət Konservatoriyasına müəllim təyin edilib.

Qardaş Müşviq Kenter və həyat yoldaşı Şükran Güngör ilə "Kent aktyorları" adlı teatr yaradıblar.Sonrakı illərdə Y.Kenter ABŞ-da və İngiltərədə "Dəyişən təhsil metodları" və "aktyorluq metodları" üzərində təhsil alıb.


Yıldız Kenter Sovet İttifaqı, ABŞ, İngiltərə, Almaniya, Hollandiya, Danimarka, Kanada, Yuqoslaviya və Kiprdə ingilis və türk dillərində qastrol tamaşaları göstərib.Teatrda işlədiyi ərzində o həm klassik həm də çağdaş Türkiyə və əcnəbi dramaturqlarının pyeslərinin tamaşalarında 100-dən çox dram obrazlarına səhnə həyatı verib.Eyni zamanda 100-dən çox filmlərdə rol alıb.

Teatr və kino xidmətlərinə görə "Türkiyə Dövlət sənətçisi" adına və bir çox böyük mükafatlara layiq görülüb.

ALLAH RƏHMƏT ELƏSİN RUHU ŞAD OLSUN!

Turan Etibaroğlu
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031