manera.az
manera.az

Bakıda ilk dəfə “Puşkin + “Yevgeni Onegin” tamaşası nümayiş olunacaq

📅 21.10.2019 12:29

Bakıda ilk dəfə “Puşkin + “Yevgeni Onegin” tamaşası nümayiş olunacaq
Dekabrın 7-də Heydər Əliyev Sarayında ilk dəfə Yelena Morozovanın səhnələşdirdiyi “Puşkin + “Yevgeni Onegin” tamaşası təqdim olunacaq.

Saraydan Manera.az-a bildirilib ki, “Stanislavski Elektroteatrı”nın qastrolları çərçivəsində nümayiş ediləcək monotamaşada Yelena Morozova Puşkinin “Yevgeni Onegin” əsərinin bütün qəhrəmanlarını canlandıraraq hamısının adından danışacaq.
Bakıda ilk dəfə “Puşkin + “Yevgeni Onegin” tamaşası nümayiş olunacaq
Üslub və texnikaları ustalıqla dəyişərək, o, “rus həyatının ensiklopediyası”nın məğzini dəqiqliklə çatdırır. Qayğısız yuxarı təbəqə qadınlar, vacib generallar, aşiq olmuş Tatyana və baş qəhrəmanın özü qarşımızda sanki həqiqətən canlanırlar: Yelena Morozova, ən yaxşı müasir “oxuculardan” biri kimi, materialın öhdəsindən ustalıq, rahatlıq və ilhamla gəlir. Puşkinin poemasının dəyişkənliyi, onun xəyali oxucu ilə eyni zamanda həm yüngül, həm də ciddi danışıq tərzi, aktrisanın yüksək texniki qabiliyyəti və istedadı hesabına, yeni kəşflər dolu, tamamlanmış teatral süjet kimi formalaşır. Puşkini “yeni qulaqla” eşitmək təəssüratı yaranır.

Xronometrajı 1 saat 15 dəqiqə olan səhnə əsəri rus dilində nümayiş ediləcək.


Baxış sayı - 899 | Yüklənmə tarixi: 21.10.2019 12:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031