manera.az
manera.az

“Yevgeni Onegin” Bakıda təqdim ediləcək

📅 28.08.2019 10:43

“Yevgeni Onegin” Bakıda təqdim ediləcək
Sentyabrın 1-3-də Rusiyanın Y.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrı “Yevgeni Onegin” tamaşası ilə Bakıda çıxış edəcək.

Manera.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim olunacaq səhnə əsərinin ideya, ədəbi kompozisiya və quruluşunun müəllifi Rimas Tuminas, səhnə quruluşçusu Adomas Yanovskis, musiqi müəllifi Fvustas Latenas, geyim rəssamı Mariya Danilova, xoreoqrafı Anjelika Xolina, musiqi rəhbəri Tatyana Ağayevadır.

Teatrın mətbuat xidmətindən bildirilib ki, təxminən altmış nəfərlik aktyor heyətinin iştirak edəcəyi tamaşada əsas rollarda Sergey Makovetski, Lyudmila Maksakova, İrina Kupçenko, Aleksey Quskov, Viktor Dobronravov, Leonid Biçevin, Yevgeniya Kreqjde, Olqa Lerman və digər məşhur aktyorlar rol alacaq.

Xronometrajı 3 saat 30 dəqiqə olan tamaşa üç axşam ardıcıl nümayiş ediləcək.

MANERA.AZ


Baxış sayı - 947 | Yüklənmə tarixi: 28.08.2019 10:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930