manera.az
manera.az

“Arşın mal alan” nümayiş ediləcək

📅 08.08.2019 12:03

“Arşın mal alan” nümayiş ediləcək
Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu teatr mövsümündə dahi bəstəkar Ü. Hacıbəylinin "Arşın mal alan” operettası ilə tamaşaçılarının görüşünə gələcək.

Manera.az xəbər verir ki, sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri axşam saat 19.00-da teatrsevərlərin ixtiyarına veriləcək.

Tamaşa Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim ediləcək.

Eyni zamanda, teatrın yaradıcı kollektivi bu mötəbər tədbirə "O olmasın, bu olsun” və böyük Hacıbəylilər nəslinin həyatından bəhs edən "Nuri-didə Ceyhun” tamaşaları ilə qatılacaq.

MANERA.AZ


Baxış sayı - 1 152 | Yüklənmə tarixi: 08.08.2019 12:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930