manera.az
manera.az

Səməd Vurğunun 110 illiyi keçirilib

 Səməd Vurğunun 110 illiyi keçirilib

Oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Əvvəlcə qonaqlar unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən 250-dək kitabın yer aldığı sərgi ilə tanış olublar. Daha sonra şairin ömür yoluna işıq salan videoçarx nümayiş olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək böyük şairin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışıb.


Qeyd olunub ki, şairin poeziyası multikulturalizmə, tolerantlığa və birliyə çağırış himni kimi səslənir. Bu mütərəqqi tendensiyaları bədii irsində mükəmməl şəkildə birləşdirməyi bacaran S.Vurğun ürəklərdə özünə əbədi heykəl ucaldıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar şairin zəngin yaradıcılığından söz açıb.

Tədbir konsert proqramı ilə davam edib.

Gecədə S.Vurğunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930