manera.az
manera.az

“Ümid nəğməsi” tamaşasının premyerası olub - Fotolar

📅 22.04.2024 06:59

“Ümid nəğməsi” tamaşasının premyerası olub - Fotolar
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanan “Ümid nəğməsi” adlı tamaşanın premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, tamaşasının quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımov, quruluşçu rəssam Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Psixoloji dram janrında hazırlanan səhnə əsərində aktyorlar Sevinc Əziz, Sənan Kazımov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və Səbinə Məmmədzadə iştirak edib.

Autizm xəstəsi olan oğlanın ailəsi ilə yaranan mürəkkəb münasibətlərinin fonunda bəşəri duyğularla həmahəng səslənən tamaşada insanların bir-birinə dəstək olmasının vacibliyindən, dar məqamda adi təsəlliedici sözün ümid nəğməsinə çevrilməsindən bəhs edilir.

Bu nəğmənin sədası isə zəlzələ zamanı dağıntılar altında qalan ailənin xilasına çevrilə bilər.

Tamaşa Özbəkistan Respublikasının Daşkənd şəhərində keçiriləcək “Uşaqlar XXI əsrdə” I Beynəlxalq Uşaq Teatrları-İT Festivalı üçün hazırlanıb.

“Ümid nəğməsi” tamaşasının premyerası olub - Fotolar
“Ümid nəğməsi” tamaşasının premyerası olub - Fotolar
“Ümid nəğməsi” tamaşasının premyerası olub - Fotolar


Baxış sayı - 335 | Yüklənmə tarixi: 22.04.2024 06:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031