manera.az
manera.az

Bakıda Çingiz Aytmatovun abidəsinin açılışı olub - Fotolar

📅 25.04.2024 17:13

Bakıda Çingiz Aytmatovun abidəsinin açılışı olub - Fotolar
Aprelin 24-də Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimi olub.

MANERA.AZ xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.

Dövlət başçıları ilk öncə açılış nitqi ediblər, daha sonra Çingiz Aytmatovun abidəsi üzərindən ağ örtüyü götürüblər.

Qeyd edək ki, dünyaşöhrətli yazıçı, qırğız ədəbiyyatının görkəmli nasiri, diplomat və ictimai xadim Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılan abidənin eskiz layihələrinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyunun 15-dən iyulun 31-dək heykəltaraşlar arasında açıq müsabiqə elan edilib. Müsabiqəyə ölkəmizin heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub.

Ötən il avqustun 8-də təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib. Birinci yerə Xalq rəssamı Natiq Əliyevin hazırladığı eskiz layihəsi layiq görülüb.

Çingiz Aytmatovun bürüncdən hazırlanmış, hündürlüyü 3 metrə yaxın olan heykəlinin çəkisi təqribən 6 tondur. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.

Sonra dövlət başçıları Azərbaycan və Qırğızıstanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb söhbət ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Bakıda Çingiz Aytmatovun abidəsinin açılışı olub - Fotolar
Bakıda Çingiz Aytmatovun abidəsinin açılışı olub - Fotolar
Bakıda Çingiz Aytmatovun abidəsinin açılışı olub - Fotolar


Baxış sayı - 296 | Yüklənmə tarixi: 25.04.2024 17:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031