manera.az
manera.az

170-dən çox musiqi aləti nümayiş olunacaq

📅 24.07.2019 10:05

170-dən çox musiqi aləti nümayiş olunacaq
Heydər Əliyev Mərkəzində "Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi açılacaq.

Mərkəzdən Manera.az-a verilən məlumata görə, ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunacaq.

Sərgidə təqdim edilən eksponatlar Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid olub, musiqi alətləri arasında həm oxşarlığı, həm də fərqliliyi təcəssüm etdirəcək.

Ekspozisiya birlik və müxtəliflik prinsipinə əsaslanaraq bölmələrə ayrılıb.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar da quraşdırılacaq.

Hazırda sərgi üzərində son tamamlama işləri gedir və yeni mövsümdən izləyicilərin ixtiyarına veriləcək.

MANERA.AZ


Baxış sayı - 923 | Yüklənmə tarixi: 24.07.2019 10:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031