manera.az
manera.az

Mayın 18-də muzeylərə giriş pulsuz olacaq

📅 14.05.2019 22:46

Mayın 18-də muzeylərə giriş pulsuz olacaq
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də qurumun tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “Açıq qapı” günü elan edir.

Manera.az xəbər verir ki, “Açıq qapı” günü İçərişəhərdə yerləşən muzeylər ödənişsiz fəaliyyət göstərəcək.

"Açıq qapı" çərçivəsində ziyarətçilər Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi, həmçinin “Qala” DTEQ ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq Əşyalar muzeyi ekspozisiyaları ilə tanış ola biləcəklər.

Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Mirmehdi Ağaoğlu


Baxış sayı - 1 268 | Yüklənmə tarixi: 14.05.2019 22:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930