manera.az
manera.az

Türkiyəli deputat ermənilərə "Qarabağ Azərbaycanın ərazisidir" dedi

📅 16.04.2019 15:35

Türkiyəli deputat ermənilərə "Qarabağ Azərbaycanın ərazisidir" dedi
“Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması və sərhədlərin açılması məsələsini Dağlıq Qarabağ probleminin həlli kontekstində nəzərdən keçirmək lazımdır”

Bunu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin bu gün İrəvanda keçirilən 52-ci iclasında iştirak edən komitənin sədri, Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) deputatı Mətin Gündoğdu erməni jurnalistlərin sualını cavablandırarkən deyib.

“Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmadan Ermənistanla Türkiyə arasında münasibətlərin yoluna qoyulmasından söhbət gedə bilməz. Həmçinin, İrəvanla Ankaranın münasibətləri erməni diasporu faktoru ilə şərtləndirilməməlidir”, – deyə Gündoğdu vurğulayıb.


Baxış sayı - 1 236 | Yüklənmə tarixi: 16.04.2019 15:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930