manera.az
manera.az

Teatr mövzusuna həsr edilmiş seminar keçiriləcək

📅 04.04.2019 14:53

Teatr mövzusuna həsr edilmiş seminar keçiriləcək
Aprelin 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Teatro.az sənət portalı və müstəqil dOM teatrının əməkdaşlığı ilə “Dünya teatr məkanında yeni təzahürlər: Sayt-spesifik teatr” mövzusunda seminar keçiriləcək.

Seminarın spikeri dOM Teatrının bədii rəhbəri Tərlan Rəsulovdur. O, dünya teatr məkanında geniş yayılmış “sayt-spesifik” teatr haqqında geniş məruzə ilə çıxış edəcək. Seminar çərçivəsində “Sayt-spesifik teatr” anlayışı ilə ümumi tanışlıq, onun dünya teatr məkanındakı yeri, Azərbaycan teatr gerçəkliyində tətbiqi və inkişaf perspektivləri müzakirə olunacaq. Müzakirələr spikerlə resipiyentlər arasında dialoq, sual-cavab şəklində gerçəkləşəcək. ADMİU-nun böyük səhnəsində reallaşacaq seminarda predmetə dair videomateriallar nümayiş olunacaq və sayt-spesifik teatrın konkret təzahürləri haqqında məlumat veriləcək.

“Site-spesifik” termini 1980-ci illərin əvvəllərindən yaransa da, 2000-ci illərdən sonra daha tez-tez işlənib. Rejissorlar tamaşa qoymaq üçün alternativ məkanlar, qeyri-teatral yerlər axtarırdılar. Teatrın qara qutuya bənzəyən səhnəsindən fərqli olaraq bu məkanların öz əhval-ruhiyyəsi, öz yaddaşı var. Onların yaddaşında müxtəlif əhvalatlar-tarixçələr var, rejissorlar tamaşa ilə bu əhvalatları canlandırmağa çalışırlar.

Sayt-spesifik bir sıra interaktiv teatr növlərini özündə ehtiva edir. Bunlara küçə teatrından savayı, İmmersiv Teatr (Immersive Theatre), Gəzinti Teatrı (Promenade Theatre), Mühit Teatrı (Environmental Theatre), Muzey Teatrı daxildir.


Baxış sayı - 1 019 | Yüklənmə tarixi: 04.04.2019 14:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031