manera.az
manera.az

“Teatr sənəti bu gün və sabah” adlı debat-müzakirə keçiriləcək/MANERA.AZ

“Teatr sənəti bu gün və sabah” adlı debat-müzakirə keçiriləcək/MANERA.AZ


15 aprel 2017-ci il tarixində İnisiativ Kuratorlar Birliyi (ICU) və Azərbaycanda Fransa İnstitutunun (İFA) dəstəyi ilə YARAT Freestyle layihəsi çərçivəsində “Teatr sənəti bu gün və sabah: teatr sənətinin aktual məsələlərinin müzakirəsi” adlı debat-müzakirəsi keçiriləcək.

Tədbirin məqsədi Azərbaycanın teatrşünas və teatr xadimlərinin iştirakı ilə teatrın günümüzdə cəmiyyətin həyatında rolu, gələcəkdə göstərəcəyi təsirlərə dair məsələlər ətrafında geniş müzakirələr aparmaq və teatrın inkişafı barədə konstruktiv konsepsiyanın formalaşmasına hədəf qoymaqdır.
Teatr sənətinin aktual məsələlərinə dair müzakirələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə, Dram rejissoru kafedrasının müdiri, Gənc tamaşaçılar teatrının baş rejissoru, dosent Bəhram Osmanov, YUĞ teatrının direktoru Tərlan Rəsulov, Marionet teatrının rəhbəri Tərlan Qorçu, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin rəhbəri Vidadi Qafarov, Rus dram teatrının ədəbi hissə rəhbəri Valentina Reznikova, Gəncə dram teatrının baş rejissoru İradə Gözəlova və Teatr prodüseri Səbuhi Məmmədov çıxış edəcək.

Eyni zamanda Fransanın Azərbaycandakı səfirliyi tərəfindən Frankofoniya həftəsi çərçivəsində dəvət olunan və solo performans mövzusunda seminar keçən aktyor Feliks Libri də öz təcrübəsini bölüşəcək. Tədbirin koordinatoru Könül Rəfiyevadır.

Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728