manera.az
manera.az

Baş leytenant faciəvi qəza keçirdi - FOTO

📅 31.03.2019 18:27

Baş leytenant faciəvi qəza keçirdi - FOTO
Yardımlı rayon Polis Şöbəsinin cinayət - axtarış bölməsinin əməliyyat müfəttişi, baş leytenant Şahin Nəsirov ötən gecə rayonun Osnaqaran kəndi yaxınlığında qəzaya uğrayıb.

Hadisə gecə saat 10: 30 radələrində baş verib.

Ş. Nəsirov aldığı xəsarətdən faciəvi şəkildə yerindəcə keçinib.

Mərhumun yaxınlarının Manera.az-a verdiyi məlumata görə, 30 yaşlı Ş. Nəsirov xidməti avtomobili ilə işə gedirmiş. O avtomobildə tək olub.

İlkin ehtimal kimi qəzaya səbəb qar yağması nəticəsində yaranan yolun sürüşkən olması göstərilir.

Mərhum bu gün səhər saatlarında doğulduğu Yardımlı rayon Anzov kəndində dəfn edilib.

Manera.az kollektivi mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!


Elman Cəbrayıl,
MANERA.AZ

Baş leytenant faciəvi qəza keçirdi - FOTO
Baş leytenant faciəvi qəza keçirdi - FOTO


Baxış sayı - 4 786 | Yüklənmə tarixi: 31.03.2019 18:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031