manera.az
manera.az

Türk dünyasının üçlü formulu haqqında ilk monoqrafiya

📅 29.03.2019 13:36

Türk dünyasının üçlü formulu haqqında ilk monoqrafiya
Bu günlərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri” monoqrafiyası nəşr olunub.

Manera.az xəbər verir ki, monoqrafiya türk kimliyinin, ictimai şüurunun formalaşmasında davamlı və sistemli mücadilə aparan böyük fikir adamları - M.F.Axundzadə, Ə.Süavi, C.Əfqani, Y.Akçura, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Z.Göyalp və M.Ə.Rəsulzadəyə həsr edilib.

Kitabda türk dünyasının 150 ildən çox yol gələn və yalnız XX yüzilin ikinci onilliyində sistem halına düşən və Azərbaycan Cümhuriyyətinin dövlət rəmzi bayrağında simvollaşan “türkləşmək, müasirləşmək, islamlaşmaq” probleminə həsr olunub. Müəllif problemi nəzəri və tarixi aspektdə araşdırmaqla üçlü formulun doğuşu, mahiyyəti, xarakteri, inkişaf yollarını araşdırıb. İlk dəfə olaraq problemə kompleks şəkildə yanaşılır və ictimai fikrimizdəki ideyadan nəzəriyyəyə - formula doğru gələn ictimai fikir yolundakı bəzi məsələləri elmi qənaətlərlə zənginləşdirir. Tədqiqatçının elmi dövriyyəyə gətirdiyi materiallar və yeni yanaşmalar üçlü formulu bütün detalları ilə üzə çıxarır.

Monoqrafiya bu sahədə elmi-tədqiqat işi aparan araşdırmaçılar, alimlər, doktorant və magistrlər üçün olduqca faydalıdır.

MANERA.AZ


Baxış sayı - 1 186 | Yüklənmə tarixi: 29.03.2019 13:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031