manera.az
manera.az

Axundzadəşünaslığa daha bir töhfə

Axundzadəşünaslığa daha bir töhfə
Tanınmış ədəbiyyatşünas alim Şahbaz Şamıoğlunun milli dramaturgiya, realist bədii nəsr, professional ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsinin banisi Mirzə Fətəli Axundzadəyə dair növbəti monoqrafiyası işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında çap olunan “Mirzə Fətəli Axundzadə (müasirləri ilə əlaqələri və bədii yaradıcılığı)” monoqrafiyasının elmi redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu və filologiya elmləri doktoru Baba Babayevdir.

Monoqrafiyanın birinci fəslində böyük ədibin Tiflisdən başqa, Bakı, Təbriz, Tehran, Peterburq, Paris və Londondan olan müasirləri ilə ictimai-ədəbi əlaqələri araşdırılıb. Müvafiq faktoloji materialların bolluğunu və elmi-metodoloji tələbi əsas götürən müəllif M.F.Axundzadənin müasirləri ilə əlaqələrini iki istiqamətdə - yeni əlifba uğrunda mübarizə sahəsində və “Kəmalüddövlə məktubları”nın çapı ilə bağlı çalışmaları çərçivəsində araşdırıb. Əsər ədəbiyyatşünaslığımızda M.F.Axundzadənin müasirləri ilə əlaqələrinin araşdırılması sahəsində ilk monoqrafik tədqiqat kimi qiymətlidir.

Monoqrafiyanın ikinci fəslində M.F.Axundzadənin bədii irsi – şeirləri, komediyaları və nəsr əsərləri təhlil edilib. Monoqrafiyada ilk dəfə yazıçının “Aldanmış kəvakib” povestindən əlavə, elmi-ədəbi ictimaiyyətə son illərdə məlum olan, müvafiq olaraq ərəb və fars dillərində qələmə alınan “Hekayə” və “Qəribə hekayə” (“Fəqəreyi-əcibə”) əsərləri təhlil olunub. Müəllif bu fəsildə, həmçinin, “Kəmalüddövlə məktubları”nın janrı və üsubu məsələsinə yeni mövqe nümayiş etdirib.

Qeyd edək ki, elmi ictimaiyyətin ixtiyarına verilən bu əsər Ş.Şamıoğlunun M.F.Axundzadəyə dair üçüncü monoqrafiyasıdır. Bundan əvvəl müəllifin “Mirzə Fətəli Axundzadənin gürcü müasirləri” (2012), “Mirzə Fətəli Axundzadə (dövrü, elmi bioqrafiyası və müasirləşmə konsepsiyası)” (2016) əsərləri çap olunub. Ş.Şamıoğlu ümumilikdə 7 monoqrafiyanın, Azərbaycanda və xaricdə çap olunan 50-dən çox elmi məqalənin müəllifidir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031