manera.az
manera.az

Bəstəkarlar üçün Nəsimi müsabiqəsi elan olunub

📅 24.03.2019 12:41

Bəstəkarlar üçün Nəsimi müsabiqəsi elan olunub
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə bəstəkarlar üçün "Nəsimi romans” adlı respublika müsabiqəsi elan olunub.

"Nəsimi ili” çərçivəsində reallaşan müsabiqə gənc bəstəkarları şairin irsi ilə tanış etmək, gələcək fəaliyyətlərində peşə inkişafı, yeni musiqili dil və onun inkişaf yollarını axtarmaq məqsədi daşıyır.

Müsabiqədə 20-35 yaş arası akademik səviyyədə bəstəkarlıq təhsili olan, habelə bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlardan ibarət Azərbaycan respublikasının vətəndaşları iştirak edə bilər.

Müsabiqənin əsas ideyası Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası Nəsiminin poeziyasının gənc musiqiçilər tərəfindən öyrənilməsi, romans janrında müasir repertuarların yaradılmasıdır.

Müsabiqənin birinci mərhələsi mayın 23-24-də reallaşacaq. Müsabiqənin ikinci mərhələsi isə mayın 29-30-da keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər mayın 10-dək əsərlərin notlarını və öz tərcümeyi-hallarınasimicompetition@gmail.com elektron ünvanına göndərməlidirlər.

MANERA.AZ


Baxış sayı - 1 289 | Yüklənmə tarixi: 24.03.2019 12:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031