“Nəsimi ili” ilə əlaqədar şeir müsabiqəsi keçiriləcək

Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar 65 bənddən ibarət tədbirlər planı təsdiq edilib.
MKS-dən MANERA.AZ-a verilən məlumata görə, martın 7-də M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları Yasamal rayon İ.İbrahimov adına 167nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri arasında dahi şair İ.Nəsiminin poeziyasına həsr olunmuş şeir müsabiqəsinə start verdilər.
Müsabiqənin məqsədi yeniyetmələrə Nəsimi poeziyasını sevdirmək və tanıtmaqdır.
Müsabiqənin qalibləri aprel ayında müəyyən ediləcək. Onlara Fəxri fərmanlar və maraqlı kitablar hədiyyə olunacaq.