manera.az
manera.az

Yaz ağacəkmə kampaniyası keçiriləcək

📅 09.03.2019 12:28

Yaz ağacəkmə kampaniyası keçiriləcək
10 mart 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bu yaz özün bir təbiət yarat!” devizi altında yaz ağac əkini mövsümünə start verir.

Manera.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov bildirib ki, jurnalistlərlə birgə yaz ağacəkmə kampaniyası keçiriləcək:

"Yaz ağac əkininin başlanması ilə əlaqədar ETSN jurnalistlərlə birgə Zığ şossesinin kənarında ağacəkmə aksiyası keçirəcək və yeni salınmış yaşıllıq əraziyə “Yaşıl qələm jurnalistlər bağı” adı veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimaiyyət nümayəndələrini yaz ağacəkmə aksiyalarında iştirak etməyə çağırır".

MANERA.AZ


Baxış sayı - 1 103 | Yüklənmə tarixi: 09.03.2019 12:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930