manera.az
manera.az

Dünya pop musiqisinin əfsanəsi Bakıya gələcək

📅 06.03.2019 16:59

Dünya pop musiqisinin əfsanəsi Bakıya gələcək
Mayın 7-də Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur “Modern Talking” qrupunun solisti olmuş Tomas Andersin konserti keçiriləcək.

Manera.az xəbər verir ki, “Musiqi centlmeni - Tomas Anders” (“Thomas Anders - The Gentlemen of Music”) adlı konsert proqramında müğənni ən sevilən mahnılarını, ötən illərin məşhur hitlərini səsləndirəcək.

Tomas Anders (Bernd Vaydunq) ötən əsrin 80-90-cı illərində “Modern Talking” qrupunun solisti olarkən məşhurluq qazanıb və artıq 40 ilə yaxındır ki, şöhrətin zirvəsindədir. “You're My Heart, You're My Soul” (“Sən mənim qəlbimsən, sən mənim ruhumsan”) sinqlı 81 ölkədə birinci olub. “Modern Talking” qrupu fəaliyyətini dayandırdıqdan sonra Tomas Anders solo karyerasını davam etdirib.

“Modern Talking” və Tomas Andersin solo musiqi albomlarının satışları dünya üzrə 125 milyonu ötüb. Müğənni 420-dən çox qızıl, platin plastinka və çoxsaylı mükafatlar qazanıb.

MANERA.AZ


Baxış sayı - 918 | Yüklənmə tarixi: 06.03.2019 16:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031