manera.az
manera.az

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayır

📅 05.03.2019 12:10

 Təhsil Nazirliyi  “Novruz mühazirələri”nə başlayır
Bu gündən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılır.

Manera.az xəbər verir ki, Bakı Dövlət Universitetinin və Qazax Müəllimlər Seminariyasının 100 illik yubileylərinə həsr olunmuş builki “Novruz mühazirələri”nin Lənkəranda, Bakıda və Qazaxda keçirilməsi planlaşdırılır.

“Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” Lənkəran Dövlət Universitetində baş tutacaq. Mühazirədə tarix elmləri doktoru, professor Anar İsgəndərov Bakı Dövlət Universitetinin milli özünüdərkin inkişafındakı rolu, onun mənəvi varislərindən olan Lənkəran Dövlət Universitetinin qarşısında duran prioritetlər barədə çıxış edəcək.

Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.


Baxış sayı - 1 333 | Yüklənmə tarixi: 05.03.2019 12:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031