manera.az
manera.az

Tamaşamız Şimali Osetiya səhnəsində

📅 04.03.2019 12:56

Tamaşamız Şimali Osetiya səhnəsində
Vladiqafqazda Şimali Osetiya Dövlət Akademik Teatrında Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin məşhur “Varlı qadın” komediyasının növbəti premyerası olub.

Manera.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Böyük maraqla qarşılanan səhnə əsərinin nümayişindən sonra Şimali Osetiyanın mədəniyyət naziri Çermen Dudayev Şimali Osetiya - Alaniya Respublikasının başçısı Vyaçeslav Bitarovun tamaşanın müəlliflərinə ünvanladığı təbrik məktubunu oxuyub.

“Azəri” Azərbaycan Milli-Mədəni Mərkəzinin rəhbərləri tamaşanın ərsəyə gəlməsində iştirak etmiş yaradıcı heyətin üzvlərini mükafatlandırıblar.

Qeyd edək ki, artıq 20 yaşı tamam olan “Varlı qadın” ilk dəfə 1999-cu ildə mərhum rejissorumuz Hüseynağa Atakişiyevin quruluşunda tamaşaya qoyulub. Sonralar əsər Akademik Milli Dram Teatrında, həmçinin ölkənin bütün aparıcı teatrlarında, habelə 10-a yaxın xarici ölkə teatrında səhnələşdirilib. Vladiqafqaz teatrındakı tamaşa komediyanın iyirminci yubiley premyerası olub.

MANERA.AZ


Baxış sayı - 889 | Yüklənmə tarixi: 04.03.2019 12:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031