manera.az
manera.az

"Azərbaycan" jurnalının fevral sayı

📅 02.03.2019 21:11

"Azərbaycan" jurnalının fevral sayı
"Azərbaycan" jurnalının fevral sayı işıq üzü görüb.

Jurnal bu dəfə də oxucuları rəngarəng materiallarla qarşılayır. Belə ki jurnalın "Poeziya" bölməsində Anar Amin, İbrahim İlyaslı, Oğuz Ayvaz, Elnaz Eyvaz, İqbal Nəhmət, Fazil Aydın, Ramiz Mövsüm, Zülfiyyə Yaqubqızı, Müxəmməd Haqverdinin müxtəlif mövzulu şeirləri yer alıb.

Jurnalın nəsr hissəsində Qan Turalı "Fəza səyahət dərsləri" povesti, Tural Anaroğlunun isə "Nəbatət" hekayəsi yer alıb.

Jurnalın "Qarabağ: ağrılarımız, acılarımız" rubrikasında Qəşəm Nəcəfzadənin şeirləri oxuculara təqdim olunub.

Həmçinin "Mədəniyyət tariximiz" rubrikasında Vaqif Bəhmənlinin "Azərbaycan"ı yaşadıb, "Azərbaycan"da yaşayanlar", "Xatirələr və duyğular" da isə Firuz Mustafanın Y.V. Çəmənzəminli, A.Zamanov, V.Axundov və R.Həmzətov haqqında yazısı yer alıb.
"Azərbaycan" jurnalının fevral sayı
Budəfəki "Azərbaycan" jurnalı dünya ədəbiyyatını sevən oxucuları da unutmayıb. Belə ki jurnalda "Yeni tərcümələr" başlığı altında "İvan Buninin islam sevgisi" və şeirləri Azər Abdulla tərcüməsində yer alıb.

Jurnalın oxuyucuları "Nəzər nöqtəsi" rubrikasında Rahid Uluselin "Əhdi-ətiq"dən "Realpolitik"ə" essesini oxuya biləcəklər.

"Ədəbi talelər" rubrikasının budəfəki qonağı isə Günel Natiqdir.

Oxuyucular həmçinin Qorxmaz Quliyevin "Montaj: hərəkətin/hərəkətsizliyin poetikası", Ziyad Quluzadənin "Hekayənin sonsuz səyahəti", Vaqif Yusiflinin "Tənqidçinin düşüncələri" və s. yazıları da jurnalın fevral buraxılışında oxuya biləcəklər.

MANERA.AZ


Baxış sayı - 1 322 | Yüklənmə tarixi: 02.03.2019 21:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031