“Azərbaycan” jurnalının yeni sayı
Bugünlərdə “Azərbaycan” jurnalının oktyabr sayı işıq üzü görüb.
Jurnalın poeziya bölməsində Firuzə Məmmədli, Sabir Yusifoğlu, Asif Asiman, Ramiz Orsər, Qədiməli Əhməd, Musa Ələkbərli, Zeynalabdin Novruzoğlu, Ay Bəniz Əliyar, Namiq Zaman, Azər Laçınlı kimi müəlliflərin şeirləri dərc olunub.
“Nəsr”də Mənzər Niyarlının “Vətəndən Vətənə” povesti, Qəşəm Nəcəfzadə və Azər Qismətin hekayələri, “Xatirələr, duyğular” rubrikasında Tofiq Məliklinin “Ömür yolum, taleyim”, Əhməde Həponun “Üç sütun” yazıları yer alıb.
Südabə Ağabalayevanın “Mənə ağlamağı öyrətmə, zalım” yazısının da yer aldığı “Dünya, səndən kimlər keçdi...” xüsusi bölməsi mərhum şair Nurəngiz Günə həsr olunub. Yazını mərhum şairin şeirləri izləyir.
“Orxan Paşanın 60 yaşı” xüsusi rubrikasında yubilyarın şeirləri, “Məsud Əlioğlu- 90”da isə Vaqif Yusiflinin “Məsud Əlioğlu: 90 ilin yarısı” məqaləsi yer alıb.
“Yeni Tərcümələr” bölməsində oxucular Təranə Vahidin tərcüməsində Bəxtiyar Aslanın hekayələrini, Knyaz Qoçağın tərcüməsində isə İvan Şyolokovun şeirlərin oxuya biləcəklər.
“Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutut-85” adlı xüsusi bölmədə tənqidçi Nərgiz Cabbarlının institutun direktoru akademik, İsa Həbibbəyli ilə söhbəti çap olunub.
“Ədəbi talelər” bölməsində Fransuaza Saqandan söz açılır.
“Tənqid və ədəbiyyatşünaslıq” bölməsində İradə Musayeva “Azərbaycan romanının klassik mənşəyi haqqında”, Yaqub Babayev “Tuyuğ” məqalələri ilə çıxış ediblər.
Sonda qələm dostları “Azərbaycan” jurnalının məsu katibi Tofiq Cavad oğlu Mahmudovu yad ediblər.
Ən son nəşrlər haqqında məlumat ənənəvi olaraq jurnalın “Kitab rəfi” rubrikasındadır../525.az/