manera.az
manera.az

Rami Malek "Oskar" mükafatı aldı

📅 26.02.2019 15:43

Rami Malek "Oskar" mükafatı aldı
Aktyor Rami Malek "Bohem Rapsodiyası" filmində oynadığı Freddi Merkyuri roluna görə ən yaxşı aktyor kimi "Oskar" mükafatına laiq görülüb.

Manera.az xəbər verir ki, Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının ən məşhur və nüfuzlu mükafatının 91-ci təqdimetmə mərasimi Los-Anceles şəhərində "Dolby" teatrında keçirilib.

Aktyor mərasimdə nitqi zamanı ailəsinə, çəkiliş qrupuna və "Queen" qrupuna minnətdarlığını bildirib.

"Ən yaxşı aktyor" nominasiyasına həmçinin Bredli Kuper, Kristian Beyl, Viqqo Mortensen, Uillem Defom da təqdim olunmuşdular.

MANERA.AZ


Baxış sayı - 1 104 | Yüklənmə tarixi: 26.02.2019 15:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930